» » Sürücülərin nəzərinə


Sürücülərin nəzərinə

7-01-2017, 22:36
Oxunub: 343
Çap et
Sürücülərin nəzərinə


Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. İşlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq:

"Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".



Reytinq: