» » Misir polisi yaralı Hələb uşaqlarını səhnələşdirən fotoqrafı həbs edib


Misir polisi yaralı Hələb uşaqlarını səhnələşdirən fotoqrafı həbs edib

20-12-2016, 13:39
Oxunub: 253
Çap et
Misir polisi yaralı Hələb uşaqlarını səhnələşdirən fotoqrafı həbs edib


Bu məlumatlar Suriyada “yaralı uşaqlar”la bağlı şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Misir polisi ekranlarınızda başqa bir yalan hekayənin ortaya çıxmasının qarşısını alıb.

İnterAz xəbər verir ki, Misir Daxili işlər nazirliyinin rəsmi “Facebook” səhifəsində bununla bağlı video yayımlanıb.

Misir polisi “yaralı uşaqların” səhnələşdirilmiş şəkillərini çəkən şəxsi saxlayıb. O, çəkdiyi şəkilləri sosial şəbəkələrdə Suriyanın Hələb şəhərində qırğın və yaralı insanların görünyüsü kimi paylaşmağı planlaşdırıb.

“Misirin Port Səid əyalətində saxlanılan çəkim komandasına fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir”, - nazirlik sosial şəbəkədə yazıb.



Reytinq: