» » Bakı sakini ov zamanı özünü güllələyib


Bakı sakini ov zamanı özünü güllələyib

21-01-2015, 13:41
Oxunub: 837
Çap et
Bakı sakini ov zamanı özünü güllələyib

Bakı sakini ov zamanı özünü güllələyib. milliyyet.az "Report"a istinadən xəbər verir ki, İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlıq nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən M.İsrafilov orada ölüb. İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Reytinq: