» » Bakı metrosunda gənc oğlan sevdiyi qıza görə relslərin üstünə tullandı


Bakı metrosunda gənc oğlan sevdiyi qıza görə relslərin üstünə tullandı

14-10-2016, 21:44
Oxunub: 256
Çap et
Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb.
Bakı metrosunda gənc oğlan sevdiyi qıza görə relslərin üstünə tullandı
APA TV-nin məlumatına görə, metronun “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin “Koroğlu” - “Həzi Aslanov” stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.

APA TV-nin Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən əldə etdiyi məlumata görə, Samir Aslanov sevdiyi qızın keçmiş sevgilisi ilə görüşüb. O, Samirə “o qızla evlənməyin məsləhət deyil” deyib və bu, 22 yaşlı gəncdə psixoloji gərginlik yaradıb.




Reytinq: