» » Gömrükdə külli miqdarda dollar tutuldu - Fotolar


Gömrükdə külli miqdarda dollar tutuldu - Fotolar

13-10-2016, 11:01
Oxunub: 388
Çap et
Gömrükdə külli miqdarda dollar tutuldu - Fotolar

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısını alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.



Reytinq: