» » SOCAR büdcəyə 1 milyarddan çox vəsait köçürüb


SOCAR büdcəyə 1 milyarddan çox vəsait köçürüb

12-10-2016, 19:44
Oxunub: 461
Çap et
SOCAR büdcəyə 1 milyarddan çox vəsait köçürüb


Bizimyol.info xəbər verir ki, Dövlət Neft Şirkəti 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödəyib. Qurum cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat pul köçürüb.

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7 faiz çoxdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 102,8 faiz çoxdur.



Reytinq: