DataLife Engine > Bölgə > Lənkəranda vurulan piyada öldü

Lənkəranda vurulan piyada öldü


4-09-2015, 23:26. Разместил: sehriyar Arzuman Rzayev bir neçə saat bindan əvvəl dünyasını dəyişib.
Lənkəranda vurulan piyada öldü
Lənkəranda “Mercedes” markalı maşınla vurulan 1973-cü il təvəllüdlü Arzuman Rzayev xəstəxanada keçinib.

Bu barədə ANS PRESS-in bölgə müxbirinə rayon mərkəzi xəstəxanasından məlumat veilib.

Bildirilib ki, Arzuman Rzayevin həyatını xilas etmək mümkün olmayıb və o, bir neçə saat bindan əvvəl dünyasını dəyişib.


...18:40...

Lənkəranda piyadanın vurulması ilə nəticələnən avtoqəza baş verib. ANS PRESS xəbər verir ki, hadisə Lənkəran-Şahağac yolunun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran şəhər sakini Rəfael Qurbanov idarə etdiyi “Mercedes” markalı maşınla hərəkətdə olarkən yoldan keçən piyadanı-rayonun Mamusta kənd sakini Arzuman Rzayevi vurub. Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı sürücü tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Qəzaya səbəb olan avtomobil

Hal-hazırda reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin yüksək sürət və ya piyada diqqətsizliyi ucbatından baş verməsi aparılan araşdırmalar nəticəsində bəlli olacaq.
Вернуться назад