» » İcra başçısının iclasında nümayəndəsini həbs etdilər-ZƏRDABDA


İcra başçısının iclasında nümayəndəsini həbs etdilər-ZƏRDABDA

25-06-2016, 23:40
Oxunub: 745
Çap et
İcra başçısının iclasında nümayəndəsini həbs etdilər-ZƏRDABDA


Ağdaş Polis Şöbəsinin əməkdaşları Əşrəf İbrahimovu İcra Hakimiyyətinin zaldan aparıblar

Zərdab rayonunda indiyə qədər baş verməyən hadisə qeydə alınıb. JAM.AZ xəbər verir ki, dünən rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq, icra nümayəndələrindən birinin qoluna qandal vuraraq, aparıblar.
Rayondan JAM.AZ-a verilən məlumata görə, həbs olunan məmur Zərdab rayonunun Bıçaqçı kəndinin icra nümayəndəsi Əşrəf İbrahimovdur. Maraqlıdır ki, bu əməliyyat İcra Hakimiyyətinin binasında dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar iclas zamanı keçirilib. Əşrəf İbrahimovun hansı səbəbdən həbs olunması hələlik məlum deyil.



Reytinq: