» » Tanınmış cərrah cəbhə bölgəsinə ezam olundu


Tanınmış cərrah cəbhə bölgəsinə ezam olundu

28-04-2016, 15:21
Oxunub: 727
Çap et
Tanınmış cərrah cəbhə bölgəsinə ezam olundu

Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgəmizə yola düşüb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, mütəxəssislər 4 gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra edirlər.

Əməliyyatlar cəbhəyanı bölgəmiz olan Fizuli rayonun Diaqnostika Mərkəzində icra olunur.

Qeyd edək ki, əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə ediləcək.



Reytinq: