» » Güclü külək Xaçmaza ziyan vurdu


Güclü külək Xaçmaza ziyan vurdu

10-04-2016, 22:56
Oxunub: 834
Çap et
Güclü külək Xaçmaza ziyan vurdu

Aprelin 10-da səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

AzərTac xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına daha çox ziyan vurub. Xaçmaz şəhəri ərazisində, eləcə də bəzi kəndlərdə bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə aşıb. 0,4 və 10 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda güclü külək əsməkdə davam edir. Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.



Reytinq: