» » Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq — FOTO


Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq — FOTO

7-11-2015, 14:46
Oxunub: 1663
Çap et
Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq — FOTO Mingəçevir Şəhərindəki Şəhidlər Xiyabanından Ölkə.az-ın bölgə müxbirinin çəkib göndərdiyi bu kadrlar yəqin ki, hələ çox danışılacaq.

Belə ki, Şəhidlər Xiyabanındakı bütün qəbirlərin üzərində şəkilləri olduğu halda şəhid Quliyev Şəmil Ədil oğlunun şəkli başdaşına həkk olunmayıb. Əməkdaşımız bu ayrı-seçkiliyin səbəbini öyrənməyə çalışsa da konkret səbəb öyrənə bilməyib.

Xatırladaq ki, şəhid Şəmil Quliyev 1954-cü ildə anadan olub, 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olub.

İnanırıq ki, şəhər rəhbərliyi və aidiyyatı qurumlar tezliklə bu utancverici mənzərəni aradan qaldıracaq, şəhidin başdaşına öz fotosunun vurulmasını təmin edəcəklər.

Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq — FOTO
Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq — FOTO



Reytinq: