» » Ağır yol qəzası: ölən və yaralanan var


Ağır yol qəzası: ölən və yaralanan var

2-09-2015, 19:14
Oxunub: 636
Çap et
Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ağır yol qəzası: ölən və yaralanan varAğcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Xəlfərəddin küçəsində - Mərkəzi Xəstəxananın qarşısında qeydə alınıb.

Ağcabədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Rahib Mirəli oğlu Əhmədovun idarə etdiyi 04- BX- 670 dövlət nömrə nişanlı "VAZ 21054" markalı avtomobillə 1976-cı il təvəllüdlü Rövşən Bəhlul oğlu Rüstəmovun idarə etdiyi 02- BB- 904 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 21011" sürücüsü Rövşən Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü Rahib Əhmədov isə ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Hadisə baş verən zaman avtomobillərin hər birində bir sərnişin olsa da sərnişinlərdən heç biri xəsarət almayıb.

Faktla baglı Rayon Polis Şöbəsində araşdırma aparılır.



Reytinq: