» » Şirvandakı hərbi zavodda baş verən partlayışın səbəbi açıqlandı


Şirvandakı hərbi zavodda baş verən partlayışın səbəbi açıqlandı

6-07-2015, 16:58
Oxunub: 736
Çap et
Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.

Şirvandakı hərbi zavodda baş verən partlayışın səbəbi açıqlandıŞirvan Şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.

S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sayta deyib ki, son məlumatlara görə, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.



Reytinq: