» » Tovuzda 18 yaşlı qız toyundan bir gün sonra intihar edib


Tovuzda 18 yaşlı qız toyundan bir gün sonra intihar edib

11-06-2015, 18:58
Oxunub: 1965
Çap et
Tovuz rayonunda intihar hadisəsi baş verib.

Tovuzda 18 yaşlı qız toyundan bir gün sonra intihar edibmilliyyet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Tovuz mərkəzi bazarının yaxınlığında yerləşən dəmir yol körpüsündə qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova özünü körpüdən yerə atıb. Yaralı vəziyyətdə tapılaraq dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Aytən Nəzərovanı xilas etmək mümkün olmayıb.

Məlumata görə, Aytən Nəzərova 15 gün əvvəl ailə qurmaq məqsədilə qaçırılıb. Ailələr razılığa gələrək dünən toy şənliyi təşkil ediblər. Toydan sonra Aytən Nəzərova yoxa çıxıb. Bu gün səhər isə o, özünü dəmir yol körpüsündən ataraq intihar edib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.



Reytinq: