» » Gəncədə yaşayış binasında güclü partlayış oldu


Gəncədə yaşayış binasında güclü partlayış oldu

29-05-2015, 16:26
Oxunub: 616
Çap et
Gəncədə yaşayış binasında güclü partlayış oldu

Bu gün günorta saatlarında Gəncə şəhərində güclü partlayış və yanğın olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin yeni Gəncə qəsəbəsindəki 8 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 7-ci mərtəbəsində, Xalid Həsənova məxsus evdə güclü partlayış olub. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə zamanı otaqda təmir işləri aparan usta ağır yaralanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: