» » 19 yaşlı qız dərmandan zəhərləndi


19 yaşlı qız dərmandan zəhərləndi

26-04-2015, 13:41
Oxunub: 840
Çap et
Zaqatalada dərmandan zəhərlənmə faktı qeydə alınıb.

19 yaşlı qız dərmandan zəhərləndimilliyyet.az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 26-da saat 05 radələrində rayonun Əliabad qəsəbə sakini, 1996-cı il təvəllüdlü Sevinc Murad qızı Muradova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 19 yaşlı Sevinc Muradova bilməyərək bir neçə dərman qəbul edib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən S. Muradovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: