» » Füzulidə bələdiyyə sədri postları satışa çıxarıldı


Füzulidə bələdiyyə sədri postları satışa çıxarıldı

29-12-2014, 10:58
Oxunub: 697
Çap et
Füzulidə bələdiyyə sədri postları satışa çıxarıldı



Rayonun kəndlərində yerli özünüidarəetmə qurumlarının rəhbəri olmaq 5000 manatdır

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən sonra daha bir bazar açılıb. milliyyet.az JAM.AZ-a istinadən xəbər verir ki, bu dəfə bələdiyyə sədri olmaq üçün yerli İcra Hakimiyyəti orqanları pul qazanmağın yeni yolunu tapıblar və konkret qiymətlər müəyyənləşdiriblər.

Həmin məlumatlardan deyilir ki, ərazisinin bir hissəsi erməni işğalı altında olan Füzuli rayonunda da vəziyyət eynidir. Belə ki, rayon İcra Hakimiyyəti kənd bələdiyyələrinə sədrin seçilməsi üçün konkret qiymət müəyyənləşdirib. JAM.AZ-a verilən məlumata görə, bu posta sahib olmaq istəyənlərdən İcra Hakimiyyətində 5000 manat pul istənildiyi deyilir.

İddia olunur ki, bu pulu verməyən şəxsin sədr olmaq şansı da yoxdur. Amma qeyd olunan rəqəmin kənd bələdiyyələri üçün nəzərdə tutulduğu da vurğulanır. Qeyd edilir ki, Füzuli İcra Hakimiyyətinin Horadiz qəsəbəsi və Füzuli rayonunun bələdiyyə sədri postları üçün nəzərdə tutduğu rəqəm, 10-20 min manat aralığında dəyişir.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Reytinq: