» » Salyanda ferma yandı- Heyvanlar tələf oldu


Salyanda ferma yandı- Heyvanlar tələf oldu

14-04-2015, 10:34
Oxunub: 849
Çap et
Salyanda yanğın hadisəsi qeydə alınıb.
Salyanda ferma yandı- Heyvanlar tələf oldu

milliyyet.az FHN-ə istinadən xəbər verir ki, Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb və fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Reytinq: