» » Sabirabad sakini özünü bıçaqladı


Sabirabad sakini özünü bıçaqladı

12-04-2015, 00:20
Oxunub: 760
Çap et
Sabirabad sakini bıçaqla özünə xəsarət yetirib
Sabirabad sakini özünü bıçaqladı
Sabirabad sakini bıçaqla özünə ağır xəsarət yetirib.
milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə saat 22.30 radələrində Şirvan şəhər xəstəxanasına bıçaq yarası almış xəstə daxil olub. Sabirabad rayon Osmanlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağır stabildir.

Sabirabad polis şöbəsindən verilən məlumata görə, yaralı bıçaq xəsarətini özü özünə yetirdiyini iddia edir.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.



Reytinq: