» » Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavininə xəbərdarlıq edilib


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavininə xəbərdarlıq edilib

6-04-2015, 15:56
Oxunub: 866
Çap et
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavininə xəbərdarlıq edilibAğstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib.

milliyyet.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.



Reytinq: