» » Salyanda qəza: traktor aşdı, 8 yaşlı uşaq öldü


Salyanda qəza: traktor aşdı, 8 yaşlı uşaq öldü

15-03-2015, 16:29
Oxunub: 1052
Çap et
Salyanda qəza: traktor aşdı, 8 yaşlı uşaq öldüSalyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb. milliyyet.az APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb. Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb. Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.



Reytinq: