» » Natəmiz sex - VİDEO


Natəmiz sex - VİDEO

10-03-2015, 11:27
Oxunub: 1493
Çap et
Natəmiz sex - VİDEOQanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb
Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.

milliyyet.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı paxlava, şəkərbura və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur. Həmçinin istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.




Reytinq: