» » Göygöldə iki maşın toqquşdu: Ölən var


Göygöldə iki maşın toqquşdu: Ölən var

7-03-2015, 23:41
Oxunub: 938
Çap et
Göygöldə iki maşın toqquşdu: Ölən var Hadisə yerinə FHN əməkdaşları cəlb olundu.

Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol nəqliyyat qəzası baş ver

milliyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 7-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib.

“Niva” markalı avtomobillə “Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva”da olan bir nəfər ölüb.

Hadisə yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı “Niva”da olan başqa bir nəfər isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə ölən şəxslə yaralının ata-bala olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.



Reytinq: