» » Şamaxıda etiraz aksiyası: Kənd sakinləri İcra Hakimiyyətinin binasına yürüş etdi


Şamaxıda etiraz aksiyası: Kənd sakinləri İcra Hakimiyyətinin binasına yürüş etdi

4-03-2015, 15:01
Oxunub: 2032
Çap et
Şamaxıda etiraz aksiyası: Kənd sakinləri İcra Hakimiyyətinin binasına yürüş etdiGöylər kəndinin 200-ə yaxın sakini icra nümayəndəsinin işdən çıxarılması və yollarının bərbad olmasına etiraz ediblər

Bu gün Şamaxı İcra Hakimiyyətinin binası önündə etiraz aksiyası keçirilib. milliyyet.az xəbər verir ki, Jam.az-a verilən məlumata görə, 200-ə yaxın rayonun Göylər kəndinin sakinləri İcra Hakimiyyəti binasının önünə toplaşaraq, icra başçısı ilə görüşmək istədiklərini bildiriblər.

Onlar üzləşdikləri yol problemi və kəndin icra nümayəndəsi Xəlilovun işdən çıxarılmasına etiraz ediblər. Lakin icra başçısı Asif Ağayev onları qəbul etməkdən imtina edib. Əvəzində polis rəisini önə verərək, etirazçılarla onun görüşməsini istəyib. Polis rəisi isə Göylər kəndinin sakinlərini qəbul edərək, onların problemlərini dinləyib və məsələlərin həllinə yardımçı olacağını bildirib.

Etirazçılar bildiriblər ki, Şamaxıda idarəçilik tamamilə nəzarətdən çıxıb. Buna səbəb kimi isə icra başçısının işdə tapılmaması, rayonda özbaşınalıq üçün şərait yaratmasını göstəriblər. «İcra başçısının müavini Qasımov rayonu idarə edən şəxsdir. Elə icra başçısı da ondan çəkinir. Çünki müavinin arxasında duran şəxs yüksək vəzifədə çalışanlardan biridir. Bunu özü də açıq şəkildə bəyan edir».

Qarşı tərəfi də dinləməyə hazırıq.



Reytinq: