» » Bərdə qəbirsanlıqlarında dəfn üçün boş yer yoxdur


Bərdə qəbirsanlıqlarında dəfn üçün boş yer yoxdur

17-02-2015, 18:54
Oxunub: 606
Çap et
Bərdə qəbirsanlıqlarında dəfn üçün boş yer yoxdur

Bərdə qəbirsanlıqlarında dəfn üçün boş yer yoxdur.

milliyyet.az bildirir ki, SalamNews-un üzrə bölgə müxbirinin xəbərinə görə, rayon Cümə məscidinin axundu Ramazan Hüseynovun bildirib ki, rayonda yerləşən qəbirsanlıqlarda boş torpaq sahələri olmadığı üçün əlavə torpaq sahələri ayrılmalıdır. Qəbirsanlıqlarda ən böyük problem qəbrlərin dəmir parcaları ilə hasara alınmasıdır.

Bildirilib ki, yaranan problemlə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Axundun sözlərinə görə, Şəhidlər Xiyabanının yerləşdiyi qəbirsanlığın yerinin dəyişdirilməsinə isə ehtiyac yoxdur. Həmin ərazidə boş olan pay torpaqlarından bir necə hektar qəbrsanlığa verilərək əhatəsini genişləndirilməsi daha məqsədə uyğundur.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən bildiriblər ki, yaranmış vəziyyətdən xəbərdardılar. Mövcut vəziyyətə rayon ərazisində boş torpaq sahəsi olmadığından qəbirsanlıqlar üçün əlavə toraq sahəsinin ayrılması mümkün deyil. Nazirlər Kabinetinin sərəncamı ilə rayon ərazisində 98 hektar torpaq sahəsi ayrılacaq. Bu torpaq sahəsindən qəbirsanlıq üçün yer ayrılması nəzərdə tutulub.



Reytinq: