» » Qaxda tender maxinasiyaları


Qaxda tender maxinasiyaları

11-12-2014, 15:06
Oxunub: 1065
Çap et
Qaxda tender maxinasiyaları


Komplektləşdirmə İdarəsinin rəisi "Cavidan-N" MMC-yə son 3-4 ildə 7 milyona yaxın vəsait köçürüb.

Qax rayonunda yerləşən "Cavidan-N" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq uzun müddətdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi ilə işgüzar alış-veriş aparır. milliyyet.az Dia.az-a istinadən xəbər verir ki, yəni 2008-ci ildə cəmi-cümlətanı 20 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan "Cavidan-N" şirkəti qısa zaman içində bir rayonun sınırına sığmayan milyonçu sahibkarlıq subyektinə çevrildi.

Ardıcıl davam edən əməkdaşlıq dövründə müqavilə şərtlərinə görə şirkət 2011-ci ildə Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi üçün 1, 4 milyon manata yumşaq inventar, yataq ləvazimatı, və xüsusi geyimlər alıb. 2012-ci və 2013-cü illərdə də eyni şərtlərlə Əhməd Əhmədzadənin çevrəsinə aid olduğu bildirilən "Cavidan-N" MMC-nin hesabına üst-üstə 3 milyon manat vəsait keçirilib. Beləliklə şirkət 3 il ərzində Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsindən təxminən 5 milyon manat vəsait ala bilib. Bu qədər məbləği hər adama etibar etmək də bilirsiniz ki, çətindi. Belə hallarda Allah saxlasın qohum-əqrəba kara qəlir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadənin də ki, Qaxda maşallah simsarları az deyil. Səhmdar Cəmiyyətin Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsinin rəisi Tofiq Alışov cənabı da ola bilsin Əhməd müəllimin könlünü xoş eləmək istəyib. Ona görə də idarənin 3 il ərzində təxminən 5 milyon pulunu ötürüb "Cavidan-N" şirkətinə. Şirkətin qanuni təmsilçisi heç bilirsiniz kimdr? Nizami Süleymanov. Bu ad sizlərə heç nə deməsə də, Əhməd Əhmədzadə üçün çoox doğma səslənir, əmi canı. Qeyd edək ki, "Cavidan-N" MMC ilə 2011, 2012 və 2013-cü illərdə Qax rayon mərkəzi xəstəxanası, rayon mədəniyyət və turizm şöbəsi, rayon təhsil şöbəsi, Qax şəhər icra nümayəndəliyi, Qaxın İngiloy ərazi icra nümayəndəliyi və digər subyektlər arasında anlaşmaların həcmi ayrılıqda 100 min manatla ölçülür. Təkcə 2014-cü ilin yanvar-noyabr ayları ərzində yumşaq inventar,yataq ləvazimatı və xüsusi geyimlərin satın alınması adı ilə "Cavidan-N" MMC-yə 1 milyon 375 min manatadək vəsait köçürülüb. Birdən tənbəllik eləməyib Meliorasiya və Su Təsərrüfatı ASC-nin adı var özü yox idarələrində həmin məbləğdə yumşaq mebel və yataq ləvazimatı axtararsınız haa! Amanın günüdü, axtarmayın, Əhməd Əhmədzadənin xətrinə toxunar.

Maraqlı bir məqamı da nəzərdən qaçırmaq olmur. Belə ki, necə olubsa, 2011-ci ilin yanvarında "Cavidan-N" MMC-yə məxsus 2009-cu il yanvarın 1-dən 2010-cu il sentyabrın 30-dək olan dövrün mühasibatlığa aid bütün sənədlər - kassa, bank, ƏDV və statistika hesabatları itmiş elan olunur. Bunun nə ilə əlaqədar olduğunu konkret demək çətindir. Hər halda 2008-ci ilin sentyabrında vergi qeydiyyatına götürülmüş şirkətin 21 aylıq fəaliyyətini əks etdirən sənədlərin it-bata salınmasında müəmmalar az deyildi. Bu müəmmaların yəqin ki, vergi araşdırmalarına ehtiyacı var.



Reytinq: