» » Sumqayıtdakı orta məktəbdə «vinetka» biznesi


Sumqayıtdakı orta məktəbdə «vinetka» biznesi

11-12-2014, 12:07
Oxunub: 937
Çap et
Sumqayıtdakı orta məktəbdə «vinetka» biznesi


29 saylı məktəbin direktoru Vəfa Məmmədova 11-ci sinif şagirdlərindən 2 dəfə baha iş görən fotoqrafın yanında şəkil çəkdirməyi tələb edir

Sumqayıt şəhərində yerləşən 29 saylı orta məktəbdə direktorla şagirdlər arasında «vinetka» davası start götürüb. Bu barədə milliyyet.az JAM.AZ-a istinadən bildiri ki, həmin məktəbdə oxuyan şagirdlərin valideynləri adından Sona Aslanova adlı şəxs məlumat verib.

O bildirib ki, 29 saylı orta məktəbin 11-ci sinif şagirdləri buraxılış illəri olduğundan «vinetka» hazırlatdırmaq qərarına gəliblər. «Məktəbin direktoru Vəfa Məmmədova uşaqlara yalnız onun dediyi adamın yanında bunu hazırlatdıra biləcəklərini deyib. Lakin şagirdlər Məmmədovanın dediyindən 2 dəfə ucuz başa gələn başqa bir yer tapıblar və «vinetka»ları da ona sifariş ediblər».

Sona Aslanova yazır ki, ela qalmaqal da bundan sonra başlayıb. Onun qeyd etdiyinə görə, məsələdən xəbər tutan direktor Vəfa Məmmədova şagirdlərə divan tutmağa başlayıb. «Onları məcbur edir ki, «vinetka» yalnız onun dediyi fotoqrafda çəkilməli və hazırlanmalıdır. Eyni «vinetka»nı bizim uşaqlarımıza 2 qat baha qiymətə çəkdirməyə məcbur edən məktəb direktorunun şəxsi maraq güddüyünü çox gözəl anlayırıq. Lakin valideyn kimi bizim maddi imkanlarımız buna yol vermir. Onların müəllim pullarını borc-xərclə ödəyirik. Direktor Vəfa Məmmədova vəzifələrindən sui-istifadə edərək mədəni şəkildə soyğunçuluqla uşaqlarımıza məcburi qaydada özünün fotoqrafına çəkdirmək istəyir? O məktəb direktorudur, yoxsa dəllal?»

Şikayətçi valideyn dövlət qurumlarından onlara yardım edilməsini xahiş edir və bildirir ki, bu münaqişəli vəziyyət daha ciddi problemlərə səbəb ola bilər.



Reytinq: