» » Göyçay icra başçısının təyinatla bağlı gizli planı


Göyçay icra başçısının təyinatla bağlı gizli planı

9-02-2015, 19:39
Oxunub: 2571
Çap et
Göyçay icra başçısının təyinatla bağlı gizli planı

Göyçay Mərkəzi rayon Xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdıracaq

milliyyet.az xəbər verir ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov yeni təyin edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısı Mübariz Ağayevin gizli iş planı barədə redaksiyamıza məlumat verib.
Hüquq müdafiəçisinin Bolgexeber.com-a bildirdiyinə görə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev artıq islahatlar aparmağa qərar verib. Belə ki, o Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevi yaşlı və xəstə olduğuna görə işdən çıxarılması barədə ərizə yazmağa məcbur edir. Həmin vəzifəyə hal-hazırda Şəhər üzrə İnzibati Ərazi nümayəndəsi olan Rəşad Məmmədovu təyin etmək istəyir. Həmçinin M. Ağayev Icra Hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimovun çox işlədiyini, xəstəliklə bağlı könüllü ərizə yazaraq işdən çıxmasını təkid edir. M. Ağayevin planında birinci müavin Ramiz İbrahimovun yerinə Rövnəq Abdullayevin Zaqatala-Balakən üzrə iş aparıcısı olan İkram Vəliyevi təyin etməkdir. Göyçay İcra Hakimiyyətinin baş memarı İntiqam Süleymanov isə Göyçay Şəhəri üzrə İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin ediləcək. Həmçinin hüquq müdafiəçisi qeyd edir ki, İcra Başçısı Mübariz Ağayev yaxın günlərdə Aqrar İşlər üzrə müavini Yunus Osmanlı və Təhsil İşləri üzrə müavini Rəxşəndə Rəcəbovanı heç bir vəzifəyə təyin etməyərək evə yola salacaq. Göyçay Mərkəzi rayon Xəstəxanasının baş həkimi Famil Zeynalovun vəzifə taleyinə gəldikdə isə icra başçısı onun külli miqdarda dövlət vəsaitini taladığını nəzərə alaraq, mənimsədiyi pulları təmir edilən xəstəxanaya xərclətdikdən sonra onu vəzifəsindən kənarlaşdıracaq.



Reytinq: