» » Gəncə-Şəmkir yolunda ağır qəza - yaralılar var


Gəncə-Şəmkir yolunda ağır qəza - yaralılar var

9-02-2015, 15:05
Oxunub: 1016
Çap et
Gəncə-Şəmkir yolunda ağır qəza - yaralılar var
Gəncə-Şəmkir avtomobil yolunun 3-cü kilometrliyində yol nəqliyyat qəzası baş verib.

milliyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 9-da saat 12 radələrində qeydə alınıb. İki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində Gədəbəy rayon sakinləri, 1942-ci il təvəllüdlü Lala İsmayılova və 1973-cü il təvəllüdlü Laləzər Qəhrəmanova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralılardan birinin vəziyyətinin orta-ağır olduğunu bildirilər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.



Reytinq: