» » Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır


Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır

8-02-2015, 16:59
Oxunub: 580
Çap et
Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır

Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Zaqatalada baş verən ağır yol qəzasında ikisi qardaş olmaqla 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. milliyyet.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası fevral ayının 7-i gecə saat 23:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İlkin Ömər oğlu Ömərov idarə etdiyi “Mercedes” markalı, 10 TT 576 dövlət nömrə nişanlı minik avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ kənarındakı ağaca çırpılıb.

Daha sonra avtomobil yolun kənarına aşıb. Ağır qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 3 nəfər, rayonun Yuxarı Tala kənd sakinləri – 1993-cü il təvəllüdlü Şamil Məcid oğlu Poladov, 1994-cü il təvəllüdlü Camal İsa oğlu Bağmanov və Camal Bağmanovun qardaşı 1995-ci il təvəllüdlü Emin İsa oğlu Bağmanov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü İlkin Ömərov və avtomobildə olan daha bir sərnişin 1993-cü il təvəllüdlü, Zaqatala şəhər sakini Fərid Ömər oğlu Səfərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan İlkin Ömərovun vəziyyəti ağır, Fərid Səfərovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.



Reytinq: