» » Azərbaycanda yaşayış binası yanıb, 30 nəfər təxliyyə edilib


Azərbaycanda yaşayış binası yanıb, 30 nəfər təxliyyə edilib

7-02-2015, 15:27
Oxunub: 636
Çap et
Azərbaycanda yaşayış binası yanıb, 30 nəfər təxliyyə edilib

Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1890 kv.m olan 2 mərtəbəli, 48 mənzildən ibarət yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 60 kv.m və 2-ci mərtəbədə yaşayan digər vətəndaşa məxsus şəxsə məxsus ümumi sahəsi 40 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

milliyyet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, yanğın zamanı ev sahibəsi qismən yanıq xəsarətləri alaraq yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım xidmətinə təhvil verilib.

Yanğından 30 nəfər bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Yaşayış binasının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:05 yanğınsöndürənlər tərəfindən söndürülüb.



Reytinq: