» » Gəncədə polislə qaçqınlar arasında toqquşma olub


Gəncədə polislə qaçqınlar arasında toqquşma olub

10-12-2014, 15:28
Oxunub: 898
Çap et
Gəncədə polislə qaçqınlar arasında toqquşma olub


Ötən gün Gəncənin Nizami rayonunun icra başçısının rayonun "Avtozavod" qəsəbəsində məskunlaşmış əhalinin həyətyanı torpaq sahəsini əlindən almağa cəhd etməsi ilə bağlı məlumat vermişdik. Qeyd etmişdik ki, icra başçısının bu istəyi məcburi köçkünlərin ciddi narazılığına səbəb olub. (http://www.moderator.az/?xeber=64255 ).
Bu gün Gəncədəki mənbədən milliyyet.az Moderator.az-a istinadən daxil olan məlumata görə, təxminən yarım saat bundan öncə məlum problem səbəbi ilə Gəncə şəhərinin Nizami rayonunun polis əməkdaşları ilə kəlbəcərli məcburi köçkünlər arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində köçkünlərdən birinin polis tərəfindən ağır xəsarət aldığı və Gəncədəki 3 saylı xəstəxanada yerləşdirildiyi bildirilir.
Mənbə polis müdaxiləsindən sonra vəziyyətin daha da gərginləşdiyi və mövcud gərginliyin hazırda da davam etdiyini vurğulayıb.



Reytinq: