» » Lənkəranda ana öldü


Lənkəranda ana öldü

4-02-2015, 13:12
Oxunub: 666
Çap et
Son 4 ayda adıçəkilən xəstəxanada bu ikinci ana ölümüdür.
Lənkəranda ana öldü

Azərbaycanda növbəti ana ölümü baş verib.

milliyyet.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ölüm hadisəsi fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Oxucularımızın verdiyi məlumata görə, Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Rufullayeva Mehparə Cəzail qızı edib.

Bu 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Lənkəran rayon Prokurorluğundan doğuş zamanı ölüm faktı baş verməsi təsdiqlənib. Lakin mərkəzi rayon xəstəxanasından bu barədə məlumatsız olduqlarını deyiblər.

Qeyd edək ki, adıçəkilən xəstəxanada 24 oktyabr 2014 tarixində ana ölümü baş verib. Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Məmmədova Xoşqədəm Yədulla qızı da qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi.



Reytinq: