Tovuzda müəllimlər maaş ala bilmirlər » Milliyet.Az

Tovuzda müəllimlər maaş ala bilmirlər

Tovuzda müəllimlər maaş ala bilmirlər


Azərbaycanın bəzi bölgələrində müəllimlərin əmək haqqları gecikdirilir.

milliyyet.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Tovuz rayonundan olan bir qrup müəllim məlumat verib. Bildirilib ki, artıq 20 günə yaxındır maaşlarını ala bilmirlər:

“Bizim maaşlarımızı vermirlər. Direktorlar bizə bildirlər ki, maaşların gecikmə səbəbi Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədardır. Müraciətlərimizə də baxan yoxdur. Rayonun bütün kəndlərində də eyni vəziyyət hökm sürür”.

Məsələ ilə əlaqədar olaraq Təhil Nazilriyi ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov AzVision.az-a açıqlamasında bu məsələnin araşdırılacağını deyib:

“Biz müəllimlərin əmək haqqlarının gecikməsi halları ilə bağlı şikayəti araşdırılacaq. Bununla əlaqədar olaraq Rayon Təhsil Şöbələrinin rəhbərləri ilə əlaqə saxlayacağıq”.
  • Sosial şəbəkədə paylaş