» » Astaranın icra başçısının yaxın qohumunun qaçaqmalçı kimi həbs olunduğu deyilir


Astaranın icra başçısının yaxın qohumunun qaçaqmalçı kimi həbs olunduğu deyilir

3-02-2015, 23:37
Oxunub: 740
Çap et
Qəzənfər Ağayevə şok zərbə
Astaranın icra başçısının yaxın qohumunun qaçaqmalçı kimi həbs olunduğu deyilir
milliyyet.az bolgexeber.com-a istinadən xəbər verir ki, Astara rayon icra hakimiyyətinin başçısının adı olduqca ilginc qalmaqalda hallandırılır. Bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə informasiya verib.

Bilgili qaynağın iddialarına görə, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə yaxın olan şəxs bu günlərdə İran İslam Respublikasında həbs olunub.

«Ona qarşı İİR-in gömrük polisi tərəfindən qaçaqmalçılıq və narkotik daşımaçılığı ittihamları irəli sürülməklə yanaşı, onun üzərindən külli miqdarda qadağan olunmuş preparatlar götürüb» deyən məlumatlı mənbə dia.az-a açıqlamasında onu da bildirib ki, yalnız icra başçısının müdaxiləsindən sonra Qəzənfər Ağayevə yaxın olan şəxs müvəqqəti olaraq sərbəst buraxılıb: «Amma onun İran ərazisində bəlli bir məntəqədən çıxmasına qadağa qoyulub».

Mənbə bildirir ki, Qəzənfər Ağayev bu olayın ictimailəşməməsi üçün dəridən-qabıqdan çıxır: «Çünki bu hadisə təftiş olunarsa, çox ciddi ittihamlar icra başçısının ünvanına yönələ bilər ki, bu da ona təkcə məmur karyerasını bitirmək hesabına başa gəlməyəcək, həm də daha böyük təhlükələrin hədəfinə çevrilə bilər».



Reytinq: