» » Dəhşət: qadın yanaraq öldü


Dəhşət: qadın yanaraq öldü

1-02-2015, 17:07
Oxunub: 656
Çap et
Dəhşət: qadın yanaraq öldü

Evdəki yanğın söndürüldükdən sonra 64 yaşlı qadının meyiti tapılıb
Bərdə rayonunda dəhşətli hadisə baş verib.

milliyyet.az-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:41-də söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.



Reytinq: