» » Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib


Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib

15-08-2019, 12:57
Oxunub: 11
Çap et
Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib


Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru intihar edib.



Milliyet.az-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.



1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.



Qeyd edək ki, 39 yaşlı Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyirdi.



Faktla bağlı araşdırma aparılır.



Reytinq: