» » Qazaxda avtomobil 57 qoyunu vurdu


Qazaxda avtomobil 57 qoyunu vurdu

10-07-2018, 13:30
Oxunub: 1732
Çap et
Qazaxda avtomobil 57 qoyunu vurdu

Ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Milliyet.Az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Reytinq: