Ağdamda qonşular arasında kütləvi dava - xəsarət alanlar var — FOTOLAR » Milliyet.Az

Ağdamda qonşular arasında kütləvi dava - xəsarət alanlar var — FOTOLAR

Ağdamda qonşular arasında kütləvi dava - xəsarət alanlar var — FOTOLAR


Ağdamda qonşular arasında kütləvi dava olub.
"Milliyet.Az" APA-ya istinadən xəbər verir ki, hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib.
Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri 2002-ci il təvəllüdlü Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Xaliq Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır
  • Sosial şəbəkədə paylaş