» » Sevgilisini öldürüb qaçdı - Daşkəsəndə qətl


Sevgilisini öldürüb qaçdı - Daşkəsəndə qətl

25-02-2018, 13:58
Oxunub: 159
Çap et
Sevgilisini öldürüb qaçdı - Daşkəsəndə qətl


Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.

Hadisə rayonun Əhmədli kəndində baş verib.

Kənd sakini 1982-cü il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vururaraq qətlə yetirib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
APA



Reytinq: