» » Ərlə arvadı öldürüb, yandırdılar - Tovuzdakı dəhşətli cinayətin təfərrüatı


Ərlə arvadı öldürüb, yandırdılar - Tovuzdakı dəhşətli cinayətin təfərrüatı

24-02-2018, 14:08
Oxunub: 224
Çap et
Ərlə arvadı öldürüb, yandırdılar - Tovuzdakı dəhşətli cinayətin təfərrüatı


Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva Tovuz rayon Poliklinikasında həkim işləyirdi. O, AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin bacısıdır.

Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

***

Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Reytinq: