» » Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.


Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

4-01-2018, 17:00
Oxunub: 471
Çap et
Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.


Bu “ənənə”yə 2 il əvvəl start verib.

Məsələ burasındadır ki, Qaraşov ilk olaraq cibini doldurmaq üçün Lənkəran Dövlət Universitetinin qarşısında yerləşən parkı seçib. 2015-ci ildə parkı məhv edib, yerində mağazalar tikdirən başçı üzləşdiyi təzyiqlərdən sonra fikrindən daşınıb. Onu buna vadar edən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “İdeya” təşkilatının bəyanatı olub. Bundan başqa Qaraşovun əməllərinin mətbuat tərəfindən işıqlandırılması da, ona “dur” deyən səbəblərdəndir.
Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

Lakin Taleh Qaraşov sonradan “işğalçı” siyasətini davam etdirib. Xocalı parkını satan icra başçısı, Lənkəranın məşhur memarlıq abidəsi olan Çay evinin qarşısındakı səkiyə də göz dikib. Hazırda satılan həmin ərazidə iş gedir.

Bununla kifayətlənməyən şəhər rəhbəri mərkəzi univermağın qarşısındakı səkiyə də göz dikib. Əldə etdiyimiz məlumata görə, Qaraşov həmin yerin 1 kv metrini 1700 manatdan satır.
Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

Qeyd edək ki, şəhərə gələn turistlər gəzmək üçün məhz Taleh Qaraşovun satdığı yerləri seçir. Abidələrin məhv edilməsi icra başçısının cibini doldursa da, Lənkəranın gözəlliyinə pərdə çəkir.

Emin Səfərov

Yenicag.Az



Reytinq: