» » Ferma yandı, 4 000 quş tələf oldu


Ferma yandı, 4 000 quş tələf oldu

27-01-2015, 00:14
Oxunub: 600
Çap et
 Ferma yandı, 4 000 quş tələf oldu

Şəmkirin Seyfəli kəndində quşçuluq fermasında yanğın baş verib.

milliyyet.az xəbər verir ki, Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 26-da saat 20 radələrində qeydə alınıb.

Kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub.

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarısı alınıb. Fermadan təxminən 4 min quş xilas edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.



Reytinq: