» » Balakəndə rəzalət: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı – YENİLƏNİB


Balakəndə rəzalət: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı – YENİLƏNİB

26-08-2017, 14:35
Oxunub: 654
Çap et
Balakəndə rəzalət: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı – YENİLƏNİB


Xəbər verildiyi kimi Balakəndə 12 yaşlı qız hamilə qalıb. 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib. Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.

Oxu.Az xəbər verir ki, Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkan tədbirləri görüləcək.

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.

11:00

Balakəndə 12 yaşlı qız hamilə qalıb.

Oxu.Az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.

Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.

Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.



Reytinq: