» » Sumqayıtda orta məktəbdə bədbəxt hadisə: ölən var


Sumqayıtda orta məktəbdə bədbəxt hadisə: ölən var

21-08-2017, 14:07
Oxunub: 391
Çap et
Sumqayıtda orta məktəbdə bədbəxt hadisə: ölən var


Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Hadisə Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.



Reytinq: