» » Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, xəsarət alanlar var


Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, xəsarət alanlar var

6-08-2017, 00:54
Oxunub: 356
Çap et
Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, xəsarət alanlar var

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

İnterAz-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, şəhərin 44-cü məhəllə, Ağa Quliyev küçəsi - Sumqayıt Dövlət Universitetinin arxasında məcburi köçkünlərin yaşadığı yataqxananın əvvəlcə 5-ci mərtəbəsində yanğın başlayıb. Hava nisbətən küləkli olduğundan yanğın yaxın mənzillərə tez keçib və xilasedicilər sakinlərin təxliyyəsində müəyyən çətinliklərlə üzləşiblər.

Hadisə zamanı yataqxana sakinləri arasında xəsarət alanlar və zəhərlənənlər olub. Həmin şəxslər Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Xəstaxanasına yerləşdiriliblər. Əraziyə FHN-nin çox sayda yanğınsöndürən maşını cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Reytinq: