» » Avtomobil piyadını vuraraq öldürdü - Samuxda


Avtomobil piyadını vuraraq öldürdü - Samuxda

25-01-2015, 11:55
Oxunub: 781
Çap et
Avtomobil piyadını vuraraq öldürdü - Samuxda

Samuxda avtomobil piayadını vuraraq öldürüb.

Hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

milliyyet.az Xezerxeber.com-a istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Samux rayon İnistitut qəsəbə sakini 28 yaşlı Bayram Qasımov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Həkimlərin sözlərinə görə Bayram Qasımova ilkin baxış zamanı onun öldüyü məlum olub.

Bayram Qasımov Qarayeri qəsəbəsində yolu keçərkən 65 yaşlı Gəncə sakini Nicat Qasımov idarə etdiyi Mersedes markalı avtomobillə onu vurub.

Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.



Reytinq: