» » Azərbaycanda icra hakimiyyətinin kondisionerlərini oğurladılar


Azərbaycanda icra hakimiyyətinin kondisionerlərini oğurladılar

30-05-2017, 15:45
Oxunub: 415
Çap et
Azərbaycanda icra hakimiyyətinin kondisionerlərini oğurladılar


Ağdaşda inzibati binadan oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.



Reytinq: