» » Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb


Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

24-01-2015, 13:37
Oxunub: 893
Çap et
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb

milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi məlumata görə, Saatlı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.

Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.



Reytinq: