» » Biləsuvarda etiraz aksiyası - Saxlanılanlar var


Biləsuvarda etiraz aksiyası - Saxlanılanlar var

6-04-2017, 00:24
Oxunub: 464
Çap et
Biləsuvarda etiraz aksiyası - Saxlanılanlar var


Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirir.

BakiPost.az xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir verilməməsidir.

Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.

14:38
***

Biləsuvarda keçirilən etiraz aksiyası dağıdılıb.

BakiPost.az xəbər verir ki, bu dəqiqələrdə əraziyə cəlb olunan polis qüvvəsi aksiya iştirakçılarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər etirazçı saxlanılıb, onlar polis maşınlarına mindirilərək şöbəyə aparılıb.

Bakı-Astara yolunun Biləsuvardan keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.



Reytinq: